Abdullayevin komandasında koronavirus şoku
06.11.2020 , 16:07

Azərbaycan millisinin üzvü Araz ABdullayevin formasını geyindiyi Türkiyənin “Boluspor” klubunun kollektivi koronavirus testindən keçib.
Korner.az xəbər verir ki, nəticədə 3 futbolçuda və 3 klub işçisində koronavirus aşkarlanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Koronavirusa yoluxanların adları açıqlanmayıb. Onların hamısı karantinə alınıb.
