Abdullayevin komandası növbəti mərhələdə
24.11.2020 , 22:30

Türkiyə Kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Araz Abdullayevin formasını geyindiyi “Boluspor” doğma meydanda “Kahramanmaraşspor”la qarşılaşıb.
Bolu təmsilçisi 2:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
Araz bu görüşün iştirakçısı olmayıb.
