Abdullayevin komandası kubokda mübarizəni dayandırdı
17.12.2020 , 19:14

Türkiyə kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Araz Abdullayevin çıxış etdiyi “Boluspor” “Antalyaspor”la qarşılaşıb.
Rəqibinə minimal hesabla uduzan I Liqa təmsilçisi kubokda mübarizəni dayandırıb. Görüşdə yeganə qolu 52-ci dəqiqədə Gökdeniz Bayraktar vurub.
Araz da bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan Abdullayev 55-ci dəqiqədə əvəzlənib.
