Abdullayevdən qol ötürməsi
20.04.2021 , 16:47
Türkiyə I Liqasında XXXI turun oyunları davam edir.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin çıxış etdiyi “Boluspor” səfərdə “Bandirmaspor”a qalib gəlib – 3:2.
Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sona qədər oynayıb. Komandasının 3-cü qolunun ötürməsini də Araz verib.
Hazırda 38 xalı olan “Boluspor” 18 komanda arasında 12-cidi.
