“Neftçi” xarici şirkətlərlə oyun zamanı futbolçuların fərdi keyfiyyətlərini tam şəkildə analiz edilməsi və müvafiq statistik göstəricilərin müəyyənləşdirilməsi üçün müqavilə bağlayıb.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, anlaşmaya əsasən ilk olaraq AZAL – “Neftçi” matçında müxtəlif rakurslarda videokameralar quraşdırılmış və futbolçuların fərdi göstəriciləri tam şəkildə müəyyənləşdirilərək rəsmi şəkildə kluba təqdim edilib. Nəticələrə əsasən, futbolçuların fərdi hazırlığı yüksək səviyyədədir. Onlar arasında ən yaxşı göstəricilərə malik olanlar aşağıdakılardır.
1.Araz Abdullayev – 12.555 m.
2.Rəşad Sadiqov – 12.082 m.
3.Flavinyo – 11.920 m.
4.Erik Ramos – 11.577 m.
5.Mahir Şükürov – 10.664 m.
6.Nikolas Kanales – 10.182 m.
Qeyd edək ki, bu təcrübənin “Neftçi” PFK-nın ev oyunlarında avamlı olaraq tətbiq edilməsi nəzərdə tutulub.
