“Bugünkü oyunda qalib gəlmək üçün bütün gücümüzü ortaya qoyduq. Lakin nəticə əziyyətimizin üstündən xətt çəkdi". Korner.az-ın məlumatına görə, bu sözləri "Turan"ın baş məşqçisi Əsgər Abdullayev deyib. Çalışdırıcı daha sonra bunları deyib:
“Öz oyunumuzu göstərsək də, hücumları məntiqli sonluqla yekunlaşdıra bilmirdik. Bu çətin vəziyyətə özümüz düşmüşük. Özümüz də bundan çıxacağıq”.
