Abdullah Zubir yenə ən yaxşı seçildi
23.04.2019 , 19:27

InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XXV turunun ən yaxşı futbolçusu məlum olub.
PFL-in rəsmi saytına istinadən verilən xəbərə görə, bu, “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirdir. Fransız oyunçu “Keşlə”yə qarşı görüşdə 75 dəqiqə meydanda olub və 1 qolla yadda qalıb. Araşdırmalara əsasən Abdullah Zubir turun ən yaxşı indeksə malik futbolçusudur.
