Dünya Çempionatı

Abdullah Avcının tərsliyi: Türkiyə millisi Rumıniya qarşısına bu heyətlə çıxacaq

11.10.2012 , 16:46

Sabah DÇ-2014-ün seçmə qrup mərhələsində Rumıniya yığması ilə qarşılaşacaq Türkiyə millisinin meydana çıxacaq heyəti məlum olub.

Korner.az-ın "sporx.com"a istinadən verdiyi məlumata görə, "ay-ulduzlular"ın baş məşqçisi Abdullah Avcı yenə "Cim-Bom"un aparıcı futbolçusu Səlcuk İnana ilk "onbirlik"də şans verməyəcək. Avcının saədəcə Sərcan və Hamit Altıntop seçimi arasında qalıb ki, bu da oyun saatına kimi tam bəlli olacaq. 

Türkiyə millisinin sabahkı oyunda meydana çıxacağı heyət aşağıdakı kimidi.

Türkiyə: Volkan, Gökhan Gönül, Ömer Toprak, Egemen, Hasan Ali Kaldırım, Mehmet Topal, Arda Turan, Əmrə Bələzoğlu, Canər, Umut və Hamit Altıntop – Sercan ikilisindən biri.

Son yazılar

Yuxarı