Abdolbari Gözel “Qarabağ”ı ziyarət etdi
11.04.2019 , 19:45

“Qarabağ” Futbol Klubunun prezidenti Abdolbari Gözel klubu ziyarət edib.
Klubun rəsmi facebook hesabının verdiyi xəbər görə, Abdolbari Gözellə yanaşı vitse-prezident Tahir Gözel də kluba təşrif buyuranlardan olub. Klub prezidenti “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovla görüşüb. Çempionat və kubokda son durum və gələcək planlar müzakirə olunub. Görüş sonunda klub prezidenti Abdolbari Gözel komandaya inandığını bildirib və hər 2 turnirdə uğurlar arzulayıb.
