Abbasovdan 50-ci qələbə
23.08.2021 , 16:04

Azərbaycan Premyer Liqasının II turu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov üçün əlamətdar olub. Mütəxəssis karyerasında 50-ci qələbəsini qazanıb. Onun yetirmələri “Sabah”la ev matçında 2:0 hesabı ilə qalib gəlib.
Bu qələbə onun karyerasında 135-ci matça təsadüf edib. Abbasov “Sumqayıt”da 28 (84 oyunda), bundan əvvəl çalışdığı “Zirə”də 22 (51) oyunda komandasının qalib gəlməsinə sevinib.
Bu qələbələrdən 41-i Premyer Liqaya təsadüf edib. Mütəxəssis Azərbaycan kubokunda 7, Avropa Liqasında 2 uğura şahid olub.
