Abasovdan heç-heçə
21.04.2024 , 11:27

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirinin növbəti görüşünə çıxıb.
Korner.az xəbər verir ki, o, Hindistan təmsilçisi Vidit Santoşla qarşılaşıb. Oyun heç-heçə başa çatıb.
Abasov 3,5 xalla sonuncu – 8-ci sıradadır.
Turnirə sabah yekun vurulacaq.
