A Seriyasının tamamlanma vaxtı açıqlandı
24.04.2020 , 20:27

Koronavirus pandemiyası səbəbiylə dayandırılan İtaliya A Seriyasının tamamlanma tarixi ilə bağlı yeni vaxt açıqlanıb.
Korner.az xəbər verir ki, federasiya prezidenti Qabriel Qravina mövsümü avqustun 2-də tamamlamaq istədiklərini bildirib.
Cari mövsümün sonunun 2 avqust olaraq müəyyənləşdirilməsi üçün yaxın vaxtlarda rəsmi qərarın veriləcəyi bəyan edilib.
