İtaliya A seriyasında 2017/2018 mövsümünün təqvimi müəyyənləşib.
Korner.az-ın məlumatına görə, yeni mövsüm ölkə çempionatı avqustun 20-i start götürəcək, mayın 20-i başa çatacaq.
Avqustun 13-də isə Romada “Yuventus”la “Latsio” İtaliya superkuboku matçında üz-üzə gələcək.
İtaliya kubokunun final görüşü gələn il mayın 9-u keçirilməsi nəzərdə tutulub.
