A Seriyasının bərpası üçün iki tarix
25.05.2020 , 19:00

İtaliyanın idman naziri Vinçenso Spadafora A Seriyasının bərpasıyla bağlı açıqlama verib.
Korner.az xəbər verir ki, o, turnirin iyunun 13-ü və ya 20-si başlayacağını söyləyib:
“Məşqlərin başlaması kimi A Seriyasının bərpası üçün də variantlar üzərində işləyirik. A Seriyasının bərpa tarixi üçün iyunun 13-ü və 20-si tarixləri üzərində fikirləşirik”
