A Seriyasının bərpa müddəti uzadılacaq
30.03.2020 , 20:53

Martın 11-də koronavirus pandemiyasına görə dayandırılan İtaliya A Seriyasının bərpası uzanacaq.
Korner.az xəbər verir ki, ölkənin idman naziri Vinçentso Spadafora çempionatın mayın 3-də başlamayacağını bildirib:
“A Seriyasını mayın 3-də başlaması real görünmür. İdman təkcə, futbol deyil və futbol da A Seriyasından ibarət deyil. İdman yarışlarının təxirə salınmağı ilə bağlı hökümətə müraciət edəcəm”.
