A Seriyasında yeni rəhbər
09.01.2020 , 17:56

İtaliya A Seriyasının yeni prezidenti məlum olub.
Korner.az xəbər verir ki, turnirin yeni rəhbəri Paolo Dal Pino seçilib. O, 20 klubun nümayəndəsinin iştirak etdiyi səsvermədə 12 səslə qalib gəlib.
Dal Pino bundan əvvəl “Fininvest”, “Mondadori”, “Kataweb”, “Telecom”, “SEAT”, “Pirelli” və “Wind” şirkətlərində çalışıb.
