İtaliya A Seriya təmsilçisi “Empoli”nin yeni baş məşqçisi müəyyənləşib.
Korner.az-ın məlumatına görə, bu haqda klubun rəsmi saytı məlumat yayıb.
Komandanı yeni mövsümdən Covanni Martuskyello çalışdıracaq.
Yeni baş məşqçi mayın 27-də rəsmən ictimaiyyətə təqdim olunacaq. 2010-cu ildən klubda baş məşqçinin köməkçisi vəzifəsində işləyən Martuskyelli mövsümün sonunda komandadan gedən baş məşqçi Marko Campaolonu əvəzləyib.
