A Seriyasında noyabrın ən yaxşısı seçildi
11.12.2025 , 19:17
İtaliya A Seriyasında noyabr ayının ən yaxşı oyunçusu açıqlanıb.
Korner.az xəbər verir ki, bu ada “Kremoneze”nin təcrübəli hücumçusu Ceymi Vardi layiq görülüb. Turnirin mətbuat xidməti forvardın ötən ayki çıxışını ən yaxşı nəticə kimi dəyərləndirib.
38 yaşlı futbolçu bu nominasiya uğrunda Lautaro Martines (“İnter”), Mayk Menyan (“Milan”), David Neres (“Napoli”), Nikolo Zaniolo (“Udineze”) və Leo Ostiqaard (“Cenoa”) kimi rəqibləri qabaqlayıb.
Xatırladaq ki, Vardi ötən mövsüm “Kremoneze”nin heyətində A Seriyada iştirak etdiyi 4 oyunda 3 dəfə fərqlənib.