A Seriyasında lider “İnter”: “Bolonya” üzərində inamlı qələbə
05.01.2026 , 09:45
İtaliya A Seriyasında 18-ci turun oyunlarına yekun vurulub.
Korner.az xəbər verir ki, turun mərkəzi qarşılaşmalarından birində “İnter” doğma meydanda “Bolonya”nı qəbul edib.
“Neradzurra” rəqibini 3:1 hesabı ilə məğlub etməyi bacarıb. Milan təmsilçisinin qollarını 39-cu dəqiqədə Zyelinski, 48-ci dəqiqədə Lautaro Martines və 74-cü dəqiqədə Markus Türam vurub. “Bolonya”nın heyətində isə 83-cü dəqiqədə Santyaqo Kastro fərqlənib.
Bu qələbədən sonra xallarının sayını 39-a çatdıran “İnter” turnir cədvəlində vahid lider mövqeyini qoruyub saxlayır.
“İnter” – “Bolonya” 3:1
Qollar: Zyelinski (39), L. Martines (48), M. Türam (74) – S. Kastro (83)