A seriyasında daha bir istefa
04.12.2019 , 12:14

“Breşiya” baş məşqçisi Fabio Qrosso ilə yolları ayırıb.
Korner.az-ın məlumatına görə, A Seriyası təmsilçisi noyabrın 4-də baş məşqçi təyin olunan 42 yaşlı mütəxəssisi uğursuz nəticələrə görə istefaya göndərib.
İtaliya yığmasının sabiq üzvünün əvəzinə Eugenio Korini baş məşqçi təyin edilib. “Breşiya” 13 turdan sonra 7 xalla sonuncu pillədə qərarlaşıb.
