A Seriyasında ayın ən yaxşısı
22.05.2021 , 15:47

İtaliya A Seriyasında may ayının ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu “Atalanta”nın yarımmüdafiəçisi Ruslan Malinovskidir.
Ukraynalı yarımmüdafiəçi mayda A Seriyasında 4 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.
