A Seriyasında ayın ən yaxşı baş məşqçisi məlum oldu
09.01.2026 , 22:45
İtaliya A Seriyasında ötən ayın ən yaxşı baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, bu “İnter”in çalışdırıcısı Kristian Kivunundur.
45 yaşlı rumıniyalı mütəxəssis dekabr ayında komandasını uğurla idarə edib. Milan təmsilçisi bu müddətdə çempionatda keçirdiyi üç oyunda ardıcıl qələbələr qazanaraq “Komo”nu 4:0, “Cenoa”nı 2:1, “Atalanta”nı isə minimal hesabla məğlub edib.
Bu nəticələrdən sonra “İnter” 42 xalla A Seriyasının lideri mövqeyini qoruyub saxlayır.