A Seriyası qeyri-müəyyən müddətə kimi təxirə salındı
04.04.2020 , 10:56

İtaliya çempionatının mayda yenidən başlayacağı ilə bağlı yayılan iddialar öz əsasını tapmayıb.
Korner.az-ın məlumatına görə, məsələ burasındadı ki, A Seriyası rəhbərliyi ölkə çempionatında mövsümün mümkün bərpa müddəti ilə bağlı videokonfrans keçirib.
Videokonfransda çempionatının qeyri-müəyyən müddətə kimi təxirə salınmasına qərar verilib. Bildirilib ki, ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyət düzələcəyi vaxt A Seriyası bərpa olunacaq.
