A Seriyası klubunda yeni müqavilə
08.10.2022 , 18:26
İtaliyanın “Verona” klubu müdafiəçiləri Koray Günter və Davide Faraoni ilə müqavilələrin müddətini artırıb.
Korner.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ilə yeni müqavilənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Koray 2019-cu ilin iyulundan “Verona”da çıxış edir. Almaniya vətəndaşlığı da olan türkiyəli futbolçu bu komandada 98 oyuna çıxıb, 1 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Dortmund “Borussiya”sının yetirməsi olan mərkəz müdafiəçisi, “Qalatasaray” və “Cenoa”da da forma geyinib.
