A Seriyası klubunda yeni baş məşqçi
06.02.2020 , 11:05

“Breşiya”nın yeni baş məşqçisi müəyyənləşib.
Klub rəhbərliyi bu postu Dieqo Lopesə tapşırıb.
O, ötən gün istefaya göndərilən Eugenio Korinini əvəz edib. 45 yaşlı uruqvaylı məşqçi ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
“Breşiya” A Seriyasında 22 turdan sonra 15 xalla 19-cu sırada qərarlaşıb.
