A Seriyası klubları məvacibləri azaldır
07.04.2020 , 19:39

İtaliya A Seriyası klubları futbolçuların və məşqçilərin maaşlarının azaldılmasına yekdilliklə səs veriblər.
Korner.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Qərar elita klublarının videokonfransında qəbul olunub. Klublar koronavirus pandemiyasına görə yaranan böhran səbəbindən futbolçuların və məşqçilərin maaşların azaldılmasına razılıq veriblər.
Çempionat davam etdiriləcəyi halda, onların məvacibi 17 faiz (1/6 hissəsi) azaldılacaq. Mövsüm ləğv olunacağı təqdirdə isə məşqçilər və oyunçular maaşlarının 33 faizindən (1/3 hissəsindən) məhrum olacaqlar.
