A seriyası: “Cenoa”dan qələbə
28.01.2025 , 10:20

İtaliya A Seriyasının 22-ci turuna iki matçla yekun vurulub.
Korner.az-ın məlumatına görə, günün ilk qarşılaşmasında “Venesiya” öz mydanında “Verona”nı qəbul edib. İki qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 1:1.
Günün və turun son matçında isə “Cenoa” “Montsa” ilə münasibətlərə aydınlıq gətirib. Burada isə ev sahibi komanda 3 xalı aktivinə yazdırmağı bacarıb – 2:0.
27 yanvar
Venesiya – Verona 1:1
Qollar: Zerbin, 28 – Tçatçua, 76.
Cenoa – Montsa 2:0
Qollar: De Vinter, 61. Y.Vaskes, 84.
