“A Seriyası bərpa olunsa, komandam meydana çıxmayacaq” – klub prezidenti
13.04.2020 , 18:24

İtaliyanın “Breşiya” klubunun prezidenti Massimo Çellino açıqlama verib.
Korner.az xəbər verir ki, Çellino A Seriyasında mövsümün bərpa olunacağı halda, komandasının meydana çıxmayacağını deyib:
“Vəziyyətdən yararlanmağa çalışanları görürəm. Yalnız layiq olanları dinləyirəm. Heç bir üstünlük istəmirəm və A Seriyasını tərk etməkdən qorxmuram. Çünki bilirəm ki, belə olsa da, klub müflisləşməyəcək. Təkrar edirəm, A Seriyası bərpa olunsa, komandam meydana çıxmayacaq”.
