A Seriya: Açılış turunun iki oyunu təxirə salındı
17.08.2018 , 12:15

İtaliya A Seriyasında mövsümün ilk turunun iki oyunu təxirə salınıb.
Açılış turunda keçirilməsi nəzərdə tutulan “Milan” – “Cenoa” və “Sampdoria” – “Fiorentina” matçları təxirə salınıb. Buna Genuya şəhərindəki körpünün çökməsi nəticəsində çoxsaylı insanın ölümü səbəb olub.
Təxirə salınan oyunların vaxtı açıqlanmayıb.
