Aərbaycanlı futbolçu Latviyada qol vurdu
07.11.2023 , 10:54

Azərbaycanlı futbolçu Ramin Nəsirlinin formasını geyindiyi “Dauqavpils” Latviya çempionatın növbəti matçını keçirib.
Korner.az-ın məlumatına görə, komanda 35-ci tur çərçivəsində “Liepaya” ilə qarşılaşıb.
Oyun futbolçumuzun komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana start heyətində çıxan Ramin 39-cu dəqiqədə komandasının ilk qolunu vurub.
