Ronaldonun vergi borcları 15 milyon avroya çatıb
01.10.2018 , 18:05
Ötən mövsüm “Real”dan ayrılaraq, “Yuventus”a transfer olan Kriştiano Ronaldonun Madrid klubundan getməsinin səbəbləri məlum olub.
Ronaldonun vəkili Karlos Osorio “Real”ın prezidenti Florentino Pereslə görüşüb və ona futbolçunun ciddi məbləğdə, 15 milyon avroya yaxın vergi borcu olduğunu deyib.
Vergi problemləriylə “Barselona”nın superulduzu Lionel Messi də üzləşmişdi, lakin klub ona dəstək olmuşdu. “Real”da bu dəstəyi görməyən Ronaldo rəhbərliyə etiraz edib və ona hörmətsizlik edildiyini dilə gətirib.
Qeyd edək ki, Ronaldo 100 milyon avroya “Yuventus”a transfer olub.