"Neftçi"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi İtaliyanın "İnter" klubunun aparıcı futbolçusu Uesli Sneyder zədələnərək sıradan çıxıb.
Korner.az-ın məlumatına görə, hollandiyalı futbolçu ötən gün A seriyasında "Kyevo" ilə oyunun 25-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. Sneyderin bu həftə “Fiorentina”ya qarşı keçiriləcək ölkə çempionatının, eləcə də oktyabrın 4-də Bakıda “Neftçi” ilə Avroliqanın qrup mərhələsinin görüşündə meydana çıxacağı sual altındadır.