Madrid "Real"ın baş məşqçisi Joze Mourinyo maeraqlı açıqlamaları ilə yenidən diqqət mərkəzinə gəlib.
Korner.az-ın məlumatına görə, portuqaliyal mütəxəssis ən azı 70 yaşınadək işləmək niyyətindədir. Mourinyo bununla bağlı belə danışıb:
"İndi mən Aleks Ferqyusonu əla başa düşürəm. Onun 70 yaşı olsa da, işləməkdə davam edir. Öz işini sevirsənsə, təqaüdə çıxmaq istəməzsən. Mənim demək olar ki, 50 yaşım var. Ser Alekslə müqayisədə sadəcə, gəncəm. Ümidvaram ki, mənə 70 yaşımda da “top-komandalar”ın baş məşqçisi işləmək qismət olacaq”.
Qeyd edək ki, Joze Mourinyonun 50 yaşı gələn il yanvarın 26-da tamam olacaq.