"Neftçi" ciddi itki ilə üzləşib. Korner.az-ın məlumatına görə, Premyer Liqanın VI turunda "Sumqayıt"la qarşılaşan "ağ-qaralar" atçın 82-ci dəqiqəsində komandanın kapitanı Rəşad Sadiqovun zədələnməsinə üzülüb. Futbolçu meydanı xərəkdə tərk edib. Həkim müayinəsində sonra Sadiqovun zədəsinin ciddi olub-olmadığına aydınlıq gələcək.
Qeyd edək ki, qarşılaşma "Neftçi"nin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.