big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

LAYİHƏ: “Görüşlər zamanı qardaşımın ayağına, düşünmədən top qarışıq müdaxilə etmişəm”

25.11.2017 , 13:42

Korner.az və Sportfm.az saytlarının “Futzal: klublarımız haqqında bilmədiklərimiz və ölkə futzalında iz buraxanlar” layihəsi çərçivəsində səkkizinci yazısı

Hazırda EKOL-un şərəfini qoruyan Namiq Məmmədkərimovla tanışlığımızın ilk hissəsində onun futzala necə gəlişindən, millimizdə atdığı ilk addımlardan xəbərdar olduq. Yazımızın ikinci hissəsində kiçik Məmmədkərimov çalışdığı məşqçilərdən, qardaçı ilə meydandakı mübarizəsindən bəhs edib:“Doğrudu, karyerama yeni başlayanda mən böyük futbolda oynamağı seçmişdim. Böyük futbolu atacağım ağlıma belə gəlməzdi! Lakin futzala keçdim, belə alındı. Açığı, bu qərara görə heç də peşman deyiləm. Elə zamana təsadüf etdi ki, böyük futbolda alınmadı. Bir müddət klubsuz qaldım, bu mənim qərarıma çox təsir etdi. Futbol da elə idman növüdür ki, daim oynamalısan, meydanda olmalısan. Düzdür, 16 yaş elə də çox deyildi, amma mən irəli getmək istəyirdim. Həmin yaş dövrü uşaqlıqdan gəncliyə keçid dövrüdür. Futbolda isə gələcək karyeranla bağlı qərar verəcəyin illərdir. Elə alındı ki, həmin ərəfə mənim üçün elə də uğurlu alınmadı. Futbolda belə bir mərhələ var ki, uşaq futbolunda uzun müddət çıxış etdikdən sonra mütləq hansısa klubla gərək müqavilə imzalayıb, oynayasan. Məndə də, bu alınmadı. Heç bir komandada oynamamağıma baxmayaraq, çalışırdım, öz üzərimdə daim işləyirdim. Bir sözlə klubsuz qalsam da, futbolsuz qalmırdım, hər gün intensiv məşq edirdim. Təklikdə, stadionlarda qaçırdım, məşq edirdim. Onda Natiq “İnşaatçı” komandasında oynayırdı. Və bir dəfə mənə gücümü futzalda sınamağı təklif etdi. Mənim üçün “futzal” sözünün özü belə qəribə səslənirdi. Sonradan bu oyuna alışdım. Nəticədə isə mən də artıq uzun illərdir “parket üzərindəyəm”. O vaxtlar futzal çempionatının qarşılaşmaları daha çox Azərbaycan Texniki Universitetinin zalında keçirilirdi. Bizim klubda Allahverdi Babayev, Natiq Məmmədkərimov usta futzalçılar çıxış edirdi. Çox maraqlı çempionat idi. Tribunalar dolu olurdu. Mübarizə, rəqabət baxımından yaddaqalan turnir idi. Futzalda ilk addımlarımı orda atmışam.

Ölkəmizdə bir çox klubun şərəfini qoruyan Namiq bəyin xeyli sayda məşqçi ilə çalışıb:“Karyeram boyu bir çox klubun şərəfini qorumuşam. Bu müddət ərzində xatirələr sözsüz ki, həddindən artıq çoxdur. Hər günümüz maraqlı keçirdi. Karyeramın pik vaxtında “Araz”da oynamışam. Yaxşı xatırlayıram, “Turan AİR”dən “Araz”a keçdim və ondan sonra bizdə xeyli məşqçi dəyişdi. İlk olaraq Arkadi Belov komandanı çalışdırırdı. O, hazırda şəhrçi kimi fəaliyyət göstərir. Daha sonra Rusiya futzalının tanınmış simalarından biri olan Andrey Yudin komandaya gəldi. Daha sonra Aresa və Dino Perezlə çalışmağa başladıq. Perezdən sonra yığmamızın qapıçısı olan Andrey Tveryankin baş məşqçi oldu. Daha sonra Məmmədqulu Zeynalov komandaya qoşuldu. Bu illər ərzində komandada çoxlu dəyişikliklər oldu. Əldə etdiyim titulların əksəriyyəti “Araz”la bağlıdır. Ən yaxşı xatirələrimi də bu klubda yaşamışam. Arxaya boylandıqda görürsən ki, çox çətin və uğurlu günlərdən keçmisən. “Araz”la Avropa dördüncüsü olmağımı heç vaxt unuda bilmərəm. Üçüncülük matçında çexlərə uduzduq, halbuki onları qrup oyununda məğlub etmişdik. Bu futzaldı, təbii olaraq, nəticəni qabaqcadan bilmək olmur, meydanda isə hər şey baş verə bilər. Çempionlar Liqasında bürünc medalları qazanmağımız da böyük uğur sayıla bilər. Mən həmin turnirin final mərhələsində zədələndim, onda çox pis olmuşdum. Oyunları kənardan izləmək çox ağırdır. Düzdür, təsnifat mərhələsinin görüşlərində meydana çıxdım, komandaya əlimdən gələn köməyi etdim. Amma təəssüflər olsun ki, ÇL-in final mərhələsinə yollana bilmədim. Buna baxmayaraq, bürünc medala layiq görüldüm, düşünürəm ki, bu mənim haqqım idi. Hər bir idmançı üçün çox vacib olan idman ustası kitabçasını isə “Turan Air”də çıxış edəndə əldə etmişəm. Biz çempon olduqda o kitabçaya layiq görülmüşdüm”. 

Təbii ki, zəngin karyeraya malik Məmmədkərimovun bir çox unudulmaz xatirəsi var:”Açığını deyim ki, futzalda hər oyun özü bir xatirədi. Hazırda danışacağım xatirənin heç kimin başına gəlməsini arzu etmirəm(gülür). “Araz”ın formasını geyinirdim. Avrokuboklarda səfər matçına yollanırdıq. Bu mənim ilk səfərim idi. Hava limanında çətin duruma düşdük. Təkcə mən yox, bütün komanda təşvişdə idi. Mənim pasportumu götürməyi unutmuşdum. Yoxlamadan keçdikdə pasportu göstərmək lazım idi. Əlimi cibimə atdım ki, nə bilet var, nə də pasport. Çıxılmaz vəziyyətdə qalmışdım, nə edəcəyimi bilmirdim. Bir anlıq düşündüm ki, hamı gedəcək, mən qalacam. Sən demə, birinci mərhələdə sənədləri yoxlayanda hamısını orda unutmuşam. Həyəcanlı olmuşam. Birdən hamı bir-birinə sual verdi ki, bəs, Namiqin pasportu hardadır? Mən də çox pis olmuşdum. Hər kəsə deyirəm ki, bəs bilmirəm, unutmuşam, bağışlayın. Pasport itirmək elə belə məsələ deyil(gülür). Sonra bir anlıq hadisələri gözümün önünə gətirdim. Hava limanına necə gəldim, gözləmə zalına necə daxil oldum, pasportu ilk dəfə kimə təqdim etdim? Və birdən xatırladım ki, bütün sənədlərimi harda unutduğumu xatırladım. Dəfələrlə mobil telefonlarımızı itirmişik. Başımıza işlər gəlib(gülür). Maraqlı əhvalatlar həddindən artıq çoxdur. Sadəcə indi bir çoxu yadıma düşmür”.

Namiq həyatda böyük qardaşı və dostu olan Natiqə qarşı meydanda mübarizə də aparıb:”Qardaşıma qarşı oynadığım vaxtlar olub. Futbolda, futzalda bir-birimizə qarşı oynadığımız dönəmlər olub. Rəqiblər necə mübarizə aparırsa, biz də elə olmuşuq. Mən formasını daşıdığım bütün komandalarda var gücümlə mübarizə aparmışam. Etiraf edim ki, Natiqə qarşı oynamadan əvvəl bu barədə xeyli düşünürdüm. Bilirdim ki, nə vaxtsa yollarımız ayrılacaq, bunun geci-tezi var. Fikirləşirdim ki, biz necə rəqib ola bilərik? Ancaq bir müddət sonra yavaş-yavaş bu haqda düşünməyəyə başladım. Elə hallar olub ki, qardaşım oyundan öncə məni psixoloji təzyiq altında saxlayıb. Onun bir xasiyyəti vardı, daim atmacalar atırdı, məni özümdən çıxarırdı(gülür). Söz atırdı ki, sizi sabahkı matçda udacağıq, şansınız yoxdur və s. bu kimi sözlər. Mən isə onun bu hərəkətlərinə əsəbiləşirdim. O da bilirdi ki, məni özümdən çıxarmaq çox rahatdır, sonra uzun müddət rahatlaşa bilmirdim. Ancaq bütün bunlara baxmayaraq, oyun vaxtı çatanda meydanda bir santimetr uğrunda amansızcasına vuruşmuşuq. Elə hallar yaşanıb ki, mən qardaşıma qarşı oynayanda sərt müdaxilə etmişəm. Epizodlar olub ki, hər ikimiz zədələnə bilərdik. Parketin üzərinə çıxdıqdan sonra hər kəs yalnız qələbəni düşünür. Bir dəfə Natiqə yenə sərt müdaxilə etdim. Qarşılaşma bitəndən sonra mənə soruşdu ki, niyə elə etdin, fikrin nə idi?(gülür). “Görüşlər zamanı qardaşımın ayağına, düşünmədən top qarışıq müdaxilə etmişəm. Yəni fikirləşməmişəm ki, qardaşımdı, güzəştə gedim. Bu düşüncə nə onda olub, nə də məndə. Meydanda necə lazımdırsa, mübarizə aparmışıq və layiq olan qələbən qazanıb. Əslində, futzal mehribançılıq, qardaşlıq oyunudur. Bu idman növündə meydandan kənarda hər kəs bir-birinə çox yaxındı, digər klublarda oynayan uşaqlarla yaxşı münasibətlərimiz var. Təbii ki, qarşılamalarda bütün bunlar unudulur, hər kəs komandasının qələbəsi üçün var gücünü ortaya qoyur”. 
Qeyd edək ki, hazırda uzun illər yığmamızın şərəfini qoruyan Natiq Məmmədkərimov Almaniyada yaşayır.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top