Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə “Tottenhem”ə uduzan (1:3) “Real”ın uğurlu seriyası qırılıb
Madrid klubunun ÇL-də ardıcıl 30 oyun məğlubiyyətsizlik seriyasına son qoyulub.
Zinəddin Zidanın komandası sonuncu dəfə 2012-ci il oktyabrın 24-də, səfərdə “Borussiya”ya (Dortmund) uduzmuşdu – 1:2.
Qeyd edək ki, “Real” buna qədər məğlub olmadığı oyunların 22-də qalib gəlib, 8-də heç-heçə edib.