İspaniyanın “Barselona” klubunun yeni baş məşqçisi olması gözlənilən Ernesto Valverdenin ilk transfer hədəfi “Mançester Yunayted”in şərəfini qoruyan Ander Herreradır.
Korner.az-ın məlumatına görə, futbolçu üçün tələb olunan məbləğ “Barselona”nın qarşısında duran ən böyük əngəldi.
Qeyd edək ki, oyunçunun “qırmızı şeytanlar”la müqaviləsi 2018-də bitəcək. İngitərə təmsilçisində yaxşı bir mövsüm keçirən yarımmüdafiəçi bu mövsüm 50 oyunda iştirak edib, 2 qol vurub və 11 qol məhsuldar ötürmə edib.