İngiltərənin “Mançester Siti” klubu Xesus Navas və Qael Klişi ilə yollarını ayırdı.
Korner.az-ın məlumatına görə, bu haqda klub açıqlama verib.
4 mövsümdür “Mançester Siti” forması geyinən Navas Premyer Liqada 77 qarşılaşmada start heyətində meydana çıxıb. 6 mövsüm ərzində “şəhərlilər”in şərəfini qoruyan Klişi İngiltərə təmsilçisinin forması ilə 200-dən çox matçda iştirak edib.