“Havanın isti olmasına baxmayaraq çox gözəl oyun keçdi. Qarşılaşmanın böyük hissəsini 10 nəfərlə oynadıq".
Korner.az-ın məlumatına görə, bu sözləri "Turan"la oyundan sonra keçirilmiş mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Bernard Raab deyib. Oyun boyu rəqiblərindən güclü oynadıqlarını vurğulayan çalışdırıcı qələbəyə layiq olduqlarını sözlərinə əlavə edib:
"Gözəl oyuna görə komandamı təbrik edirəm. Qarşıdakı oyunlarda bundan da yaxşı oynamağa çalışacağıq”.