İtaliya A Seriasında mübarizə aparan “Fiorentina” klubu Martin Kaseresi heyətinə qatmaq istəyir.
Korner.az-ın məlumatına görə, İtaliya təmsilçisi transfer üçün futbolçudan sağlamlıq haqqında arayış tələb edir.
İtaliya mediasının verdiyi xəbərə görə, uruqvaylı futbolçu Florensiya şəhərində tibbi müayinədən keçir. Klubun bu işə ciddi nəzarət etdiyi bildirilir.
Xatırladaq ki, futbolçu hal-hazırda azad agentdir.