Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan tennis turnirində qalibin adına aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə, Mubadala Dünya Tennis Çempionatının finalında David Qoffini 2-0 hesabı ilə məğlub edən Rafael Nadal çempion olub.
Bu qalibiyyətlə ispan tennisçi karyerasında 4-cü dəfə Mubadala Dünya Tünnis Çempionatının kubokuna yiyələnib.