"Trabzonspor"un sol cinah yarımmüdafiəçisi Marek Çex yüksək tempuratorunun qalxması səbəbindən xəstəxanaya aparılıb.
Korner.az-ın məlumatına görə, uzun müddətdir tempuratoru aşağı düşməyən futbolçunun vəziyyəti birdən-birə pisləşib. Slovakiyalı Çexin uzun müddət yaşıl meydanlardan kənar qalacağı bildirilir.
Qeyd edək ki, qaradənizlilərin prezidenti Sadri Şənər oyunçunu görmək üçün xəstəxanaya gedib.