“Qalatasaray” rəsmi saytı vasitəsilə açıqlama yayıb.
Korner.az-ın məlumatına görə, açıqlamada bolqar futbolçu Dimitar Berbatovun transferi ilə bağlı xəbər təkzib edilib.
Bəyanatda deyilir:
“Bəzi media orqanlarında Dimitar Berbatovun klubumuza transfer olunacağı haqda xəbərlər yayılıb.
Əvvəllər bu mövzu barədə açıqlama verərək belə bir fikrimizin olmadığını bəyan etsək də, bu tip xəbərlər hələ də gündəmdədir. Bir daha qeyd edək ki, barəsində danışılan futbolçunun transferi ilə əlaqədar olaraq tərəfimizdən heç bir cəhd yoxdur və olmayıb”.