big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Birinci oyundan heç kəs deyə bilməz ki, bu komanda hansı gücə malikdir” – MÜSAHİBƏ

27.07.2012 , 12:30

"Simurq"la bir illik müqavilə imzalayan Ruslan Poladov ümumi hazırlıq və növbəti çempionat haqda fikirlərini klubun rəsmi saytına bildirib.

– Ruslan, ilk öncə “Simurq”da qalmağın haqqında danışaq. Necə oldu ki, komandada qalmağa razı oldun?

– Ötən mövsümün ikinci dövrəsində “Simurq”da mən icarə əsasında forma geyinirdim. Çünki həmin vaxt “İnter”in futbolçusu idim. Bakı klubu ilə müqaviləmin müddəti başa çatdığına görə yenidən “Simurq”a transfer olunmaq təklif edildi. Həm baş məşqçi, həm də klub rəhbərliyi mənim “Simurq”da qalmağımı istədilər. Təklif də qane etdiyi üçün razılaşdım. Baxmayaraq ki, bölgə komandasıdır. Ancaq iddialı kollektiv yaratmaq fikrində olduqları üçün “Simurq”da qalmağa üstünlük verdim.

– Artıq Avstriyadakı təlim-məşq toplanışı da başa çatmaq üzrədir. Ümumilikdə, “Simurq”un yeni mövsümə hazırlıqları necə keçdi?

– Bakı, Türkiyə və Zaqataladakı məşqlərimiz əsasən komandanı fiziki baxımdan hazırlamaq məqsədi güdürdü. Fikrimcə, bunun da öhdəsindən həm məşqçilər heyəti, həm də biz futbolçular layiqincə gələ bildik. Burada da üç yoldaşlıq görüşü keçirmişik. Məşqlərimizə baxış üçün təcrübəli legionerlər dəvət olunurdu. İdmanlarda, oyunlarda bu futbolçuların komandaya nə dərəcədə kömək edib-etməyəcəyi yoxlanılırdı. Avstriyadakı təlim-məşq toplanışımızda çempionata hazırlıq baxımından ümumi üstünlük heyətin və oyun quruculuğunu formalaşdırmaq məqsədi daşıyırdı. Hazırda hər şey məşqçinin nəzarəti altında, planlı şəkildə davam edir. Biz də var gücümüzlə hazırlaşırıq. İnşallah bunun da nəticəsini çempionatda görəcəyik.

– Çempionatda ilk rəqibiniz “Qəbələ”dir. “Simurq”un mövsümə tam hazır olduğunu düşünürsən?

– Birinci oyundan heç kəs deyə bilməz ki, bu komanda hansı gücə malikdir. Bütün kollektivlərdə çatışmamazlıqlar bir necə turdan sonra özünü göstərməyə başlayır. Bizimdə müəyyən zəif nöqtələrimiz ola bilər. Ancaq ən əsası onları vaxtında aradan qaldırmaqdır. İşin gedişatına görə biz futbolçular özümüzü həm oyun quruculuğu, həm də fiziki baxımdan çempionata hazır sayırıq. Komanda iddialıdırsa, əlbəttə ki, ilk turdan gücünü ortaya qoymalıdır. Hansı çatışmamazlıqlarımız olacaq məşqçi heyəti təbbi ki, bunu görəcək və “Qəbələ” ilə oyundan başlayaraq növbəti turlardan aradan qaldırmağımıza kömək edəcək.

– Təcrübəli futbolçu kimi heyətdə olan gənc oyunçular haqda nə deyə bilərsən?

– Yeni mövsümdən hər komandanın heyətində 21 yaşdan aşağı bir futbolçu meydanda olmalıdır. Hazırda onlarda bizimlə təlim-məşq toplanışındadır. Ağır da olsa, asan da olsa bu yolu keçməlidirlər. Əgər iddialıdırlarsa, çempionatda onlara veriləcək şansı dəyərləndirməlidirlər. Bu onlara irəliyə addım atmaq üçük əla imkan yaradacaq. Bunu da yaxşı dəyərləndirib, özlərini yüksək səviyyəli futbolçu kimi yetişdirməlidirlər. Hər şey məhz bu cür hazırlıqlardan başlayır, sonra oyunlardan. Məşqçi də gənc futbolçularımıza inanır, onlara bu şansı verir. Onlar da qarşılaşmalarda özlərini yaxşı şəkildə göstərib, heyətdə yerlərini möhkəmləndirməlidirlər. Artıq hər şey öz əllərindədir.

– "Simurq" iki legioner futbolçu ilə müqavilə imzalamağa hazırlaşır. Komandanın yeni üzvləri hazırlıq dövründə səndə hansı təəssüratlar oyadıb?

– Həm məşqlərdə, həm də yoldaşlıq görüşlərində komandaya kömək edəcəklərini yaxşı şəkildə göstərdilər. Çempionatda da onlara uğurlar arzulayıram. İnanıram ki, komandamızın uğur qazanmasında pay sahibi olacaqlar.

– “Simurq”un azərkeşləri bu mövsüm komandadan nə gözləsinlər?

– Oynadığım hər bir klubda komandanın məqsədindən əlavə, öz məqsədim olur ki, çempion olum. Komandanın hansı səviyyədə, hansı büdcədə olmasından asılı olmayaraq. Azərkeşlər də bizdən nəticə gözləyir. Onlarsız futbol olmaz. Bizdə azərkeşlərdən xahiş edirik ki, oyunlara gəlib komandamızı qələbəyə səsləsinlər. Uğurlarımızda payları olsun. Biz də çalışacayıq ki, onlara layiq oyun göstərək.

Son yazılar

To Top