Son günlər "Qalatasaray"da Arda Turan səsləri yüksəlməyə başlayıb.
"Korner.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "sarı-qırmızılılar"a yenidən qayıdacağı idia edilərkən futboçunun meneceri Ahmet Bulut söz-söhbətlərə son qoyan açıqlama verib.
"Ardanın "Atletiko" ilə sözləşməsi var. Buna görə də yayılan bu kimi xəbərlər spekulyasiyadan başqa bir şey deyil. Hər transfer dönəmində futbolçuların adının bir neçə klubla hallanması normal bir şeydi".
Bununla belə, menecer deyib ki, Arda Türkiyəyə qayıdacağı təqdirdə, yalnız "Qalatasaray"da oynayacaq.