Serbiyada futzal üzrə keçirilən Avropa çempionatı başa çatıb.
Korner.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, final görüşündə Rusiya və İspaniya yığmaları qarşılaşıb.
Ümumilikdə 10 qolun vurulduğu matç Priney təmsilçisinin qələbəsi ilə başa çatıb. Rəqibinə 7:3 hesabı ilə qalib gələn İspaniya yeddinci dəfə fəxri mükafata sahib çıxıb.
Üçüncü yer uğrunda görüşdə Qazaxıstan meydan sahibi Serbiyanı 5:2 hesabı ilə məğlub edib.