big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Neftçi”də “yemək davası”: klub rəsmiləri suallardan qaçır, biz qovacağıq! – YAZI

10.02.2016 , 12:01

“Neftçi”nin Müşahidə Şurasının (MŞ) sədri Çingiz Abdullayevin feysbuk səhifəsində paylaşdığı status və onun əks-sədası güclü oldu – hərçənd, klubun Emil Mpenzayla bağlı sənədləri mətbuata ötürməklə yenidən diqqətləri keçmiş rəhbərliyə yönəltməklə bu mövzunu unutdurmaq cəhdi az da olsa, bəhrəsini verdi – xüsusilə də, klub işçilərinin hamısının qidalanması üçün şəraitin məhz onun tərəfindən təmin edildiyinə dair hissə. Məhz bu hissə klubun keçmiş prezidentini, vitse-prezidentini, işçilərini narazı saldı və bir-birinin ardınca açıqlamalar verildi. Ki, əslində, bu ənənə klubun keçmiş prezidenti Sadıq Sadıqov tərəfindən qoyulub. Bu məsələdə kimin haqlı, kimin haqsız olduğunu buraxırıq Sadıqovla Abdullayevin vicdanına. Hərçənd, “sağ əlin verdiyini sol əl bilməməlidir” məsəlini də unutmur və xatırladırıq…

MŞ sədrinin bu açıqlamasından sonra klubun verdiyi bəyanatda bu yemək məsələsinə toxunuldu: “Neftçi” PFK komanda üzvlərinin və işçilərin qida təminatını həyata keçirmək və eyni zamanda maliyyə xərclərinin optimallaşdırılması məqsədi ilə qida təminatçısı olan podratçı şirkətlə müqavilə imzalayıb. Nəticədə qida üçün ayrılan maliyyə vəsaitinə qənaət edilməsi ilə yanaşı, klubun bazasında bütün əməkdaşların yeməklə təminatı mümkün olmuşdur”.

Və suallar yarandı. Kimdir bu podratçı şirkət, müqavilə şərtləri nədir və s. Sualları topladıq və göndərdik klubun mətbuat katibinə. Aşağıdakı məzmunda:

1. Klubun yaydığı son bəyanatda qeyd edilən klub işçilərinin qidalanması üçün müqavilə imzalanmış podratçı şirkətin adı nədir?
2. Şirkətlə müqavilənin müddəti, maliyyə tərəfi və şərtləri nədir?
3. Klubda Müşahidə Şurası yaradılanadək və yaradıldıqdan sonra qidalanması klub tərəfindən təmin olunmuş işçilərin sayı nə qədərdi?
4. Klub işçilərinin bir ay qidalanmasını təmin etmək kluba neçəyə başa gəlir?

Haşiyə: “Neftçi”nin əsas komandası ötən ilin oktyabrında əvəzedici komanda ilə yoxlama oyunu keçirmiş və klubun saytında bu barədə məlumat yazılsa da, nəticə qeyd edilməmişdi. Buna görə Rəsulova sual ünvanlamış və “belə oyunlarda nəticənin əhəmiyyəti olmur, lazımi məlumat saytda olduğu qədərdir, əlavə məlumat verilməyəcək, sizi qane etsə də, etməsə də” cavabından sonra eks-həmkarımıza məlumatın natamamlığının yolverilməzliyini elə qanunlardan xatırlatmalarla vermişdik. Ki, bəlkə gələcəkdə işə yanaşmasına “əl gəzdirdi”…

Amma çifayda. Mehman hələ də “cavab verməmək üçün cavab verən adam” ampluasındadır. Yuxarıdakı 4 suala cavabından sonra gəldik bu qənaətə: “Bildiyiniz kimi, bir müddətdən sonra şəffaf fəaliyyətin göstəricisi olaraq büdcəni ictimaiyyətə açıqlayacaq. Büdcə açıqlanarkən bütün bu informasiya jurnalistlərə və azarkeşlərə təqdim ediləcək. Yalnız bu informasiya deyil, həm də digər cari xərclər”. Dedik ki, büdcənin açıqlanması yaxşı haldır, alqışlayırıq, ancaq araşdırmamız üçün bu informasiyalar bizə indi lazımdır və suallarımızın yalnız ikisində (sual 2 və sual 4) həm də maddiyyətdən bəhs edilir, digərlərində isə büdcə ilə əlaqədar məqam yoxdur. Rəsulovun cavabı: “Başa düşürəm, ancaq bu, açıqlanacaq büdcə məsələsinə aid olan məqamdır. PwC şirkəti ilə müqavilə bağladıq və bu istiqamətdə Avropa səviyyəli peşəkar qurum bizimlə əməkdaşlıq edəcək. Düşünürəm ki, onların hazırlayacağı peşəkar maliyyə hesabatı sayəsində bütün bu suallara aydınlıq gələcək. Yəni hadisələri qabaqlamaq istəmirik”. 

Yenidən xatırlatdıq ki, biz podratçı şirkətin adını, şərtlərini, qidalanmasını təmin etdiyiniz işçilərin sayını və s. kimi büdcə hesabatını gözləmədən verilə bilinəcək informasiyaları istəyirik, bunların büdcə hesabatına nə dəxli var axı? Ancaq “hesabat açıqlananda biləcəyik ki, dəxli var, məsələ bundadır ki, məlumatı natamam (aha, deyəsən, ötən yazımızdan çıxan nəticənin işartısıdır bu – S.A.) və kortəbii formada vermək yaxşı olmaz, bu, ümumi işin tərkib hissəsidir” cavabından sonra eks-həmkarımızdan işimizə mane olmamasını xahiş etsək də, “bütün informasiyalar büdcə hesabatında olacaq, cavab qane etmirsə, özünüz bilən məsləhətdir” cavabının suallara uyğun cavab olmadığını xatırlatsaq da, fayda vermədi…

Suallara normal cavab almaq ümidi ilə klubun icraçı direktoru Elnur Məmmədova etdiyimiz telefon zəngi də cavabsız qaldı.

Mövzuya qayıdacağıq.

P.S. Ötən dəfə qanunlardan xatırlatmalarla maarifləndirmə aparmışdıq. Deyəsən, növbəti yazının başlığı “İqtisadiyyatın əsasları” olacaq. Ən azı, büdcə hesabatında nələr yer alır – bilsinlər… 

Saleh Arslan

Son yazılar

To Top