big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Neftçi”dən qovulan məşqçi: “Məni kişi kimi işdən çıxaraydılar”

19.01.2016 , 12:52

“Neftçi” klubunun Futbol Akademiyasının qapıçılar üzrə məşqçisi vəzifəsindən uzaqlaşdırılan Hüseyn Məhəmmədov bu gün mətbuat konfransı keçirib.

Korner.az-ın məlumatına görə, veteran futbolçu klubun onu mərc oyunlarında iştirakı səbəbindən işdən çıxarılması ilə bağlı verdiyi açıqlamaya etiraz edib.

“Məni işdən çıxara bilərlər. Amma qumarbaz kimi şərləməsinlər. Bu hal mənim üçün xoş deyil.  Mənim futbolda uğrularım var. Biz hazırda işimizin gözəlliyindən danışmalıyıq. Mənim futbolçu və məşqçi kimi gördüyüm iş qiymətləndirilməlidir.  Bu gün bizim MDB kubokunda Ermənistan klubuna qalib gələn günümüzdür. Mənim qumarbaz adlandırılmağım düzgün deyil. Mən “Topaz” məntəqəsinə getmirəm.  Həmişə komandanın başında olmuşam. Bunu yazanlar da etiraf edib ki, həmin şəkillər 1 il yarım əvvələ aiddir. Məni kişi kimi işdən çıxaraydılar. Bu adla işdən çıxarılmağım düzgün deyil”.

Məhəmmədov məsələ ilə bağlı AFFA prezidenti Rövnəq Abdullayevə şikayət məktubu göndərəcəyini də qeyd edib: 

“Mən Azərbaycan çempionuyam. Əllərində heç bir sübut olmadan məni işdən çıxarırlar. Bununla bağlı AFFA prezidenti Rövnəq Abdullayevə şikayət məktubu göndərəcəm. Bu barədə həmçinin, klubun rəsmi saytında təkzib verilməsini də istəyirəm. Həmin vaxt mən “Neftçi” də işləmirdim.  Ümumiyyətlə, mərc oyunlarına nə həvəsim nə də imkanım var.  Sadəcə, həmin kafe mənim dostumundur. Dostumla görüşmək üçün ora getmişdim. Mən ailəmə halal çörək yedizdirmişəm”.

Son yazılar

To Top