“Real”ın prezidenti Florentino Peres “Çelsi”dən ayrılan Joze Mourinyoya müqavilə təklif göndərib.
Korner.az-ın məlumatına görə, bu barədə “The Sunday Times” nəşri yazır.
Madrid klubunun rəhbərliyi portuqaliyalı mütəxəssisin qış fasiləsində komandanın başına keçməsini istəyir.
Lakin Mourinyo hazırda bu təklifi qəbul etmək niyyətində deyil. Onun istəyi “Mançester Yunayted”i çalışdırmaqdı. Mourinyo Lui Van Qalın qovulmasını gözləyir.