Həbsdə olan veteran futbolçu Maşallah Əhmədovun apellyasiya şikayəti dekabrın 25-də məhkəmə iclası keçiriləcək.
Korner.az-ın məlumatına görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.
Dələduzluqda təqsirləndirilən M.Əhmədovun barəsində dekabrın 17-də Binəqədi rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. M.Əhmədovun vəkili şikayət verərək həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib.